main-post-cover

    Apple qatlanan smartfonla birlikdə son zamanlar trend olan texnologiyaya sahib iPhone üzərində çalışır

    Cihazlar+
    18.01.2021
    Farid Pardashunas
        Bloomberg saytının redaktoru Mark Gurman Apple şirkətinin yaxın gələcəkdə olacaq məhsulları barəsində bəzi məlumatlar verib. Beləliklə o təsdiqləyib ki, şirkət həqiqətən də özünün qatlana bilən iPhone modeli üzərində çalışır. Lakin məlumata əsasən Apple hal hazırda tam da bu cür cihaz üzərində deyil qatlana bilən ekran üzərində çalışır. Buna görə də test məqsədli tam prototip versiyaların hazırlanmasına hələ çox var.
        Bununla yanaşı şirkət daxilində bir sıra qatlana bilən smartfonların ölçüləri barəsində danışıqlar da gedir. Ümumi nəticə olaraq qatlana bilən iPhone modelinin təqdimatı yaxın zamanda baş verməyəcək. Heç istisna deyil ki, şirkət ümumiyyətlə bu ideyadan imtina etsin. Bundan əlavə olaraq yaxın gələcəkdə biz, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib iPhone modelini görə bilərik.
        Hal hazırda bu çox aktual texnologiyadır. Belə ki, pandemiya səbəbilə insanlar qoruyucu maskalarla gəzdikləri üçün Face ID texnologiyasından rahatlıqla istifadə edə bilmirlər. Ehtimal var ki, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası artıq bu ilki iPhone modelləri əldə etsinlər. Apple həmçinin bəzi iPhone modellərində Lightning girişinin aradan qaldırılmasını da müzakirə edir. Bu halda həmin modellər naqilsiz şarj texnologiyasından istifadə etməli olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər