Logo
    main-post-cover

    Apple şirkəti iPhone 17 Air-in kütləvi istehsalına hazırlaşır

    Cihazlar+
    16.12.2024
    Emil
         Son zamanlarda ortaya çıxmış məlumata əsasən Apple şirkəti gələn il nazik gövdəyə sahib iPhone 17 Air smartfonunu təqdim edəcək. Bu smartfonun iPhone 17 seriyasında iPhone 17 Plus-ı əvəz edəcəyi gözlənilir. İndi isə ortaya çıxmış məlumata əsasən Apple şirkəti iPhone 17 Air-in kütləvi istehsalına hazırlaşır. Məlumatda qeyd edilib ki, sözügedən smartfon hal-hazırda yeni məhsulun inteqrasiyası mərhələsindədir. Bu mərhələdə Apple və onunla müxtəlif komponentlərin istehsalı mövzusunda əməkdaşlıq edən şirkətlər cihaz dizaynının reallaşdırılması mümkünlüyünü və onun istehsal üsulunu qiymətləndirirlər.
         Bu mərhələdə smartfonun konstruksiyasına kiçik dəyişikliklər əlavə edilə bilər. Bu mərhələnin yekunlaşmasından sonra Apple test məqsədli istehsal prosesinə start verəcək. Bu öz növbəsində istehsalı təşkil edən bütün proseslərin çalışıb-çalışmadıqlarını göstərəcək. Bütün proseslərin çalışacaqlarına əmin olduqdan sonra isə şirkət iPhone 17 Air-in kütləvi istehsalına start verəcək. Son məlumatlara əsasən sözügedən iPhone modeli Apple şirkətinin ən nazik gövdəli smartfonu olacaq. Belə ki, onun gövdə qalınlığının 6.25 mm təşkil edəcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər