
Apple tamamilə yeni Magic Mouse üzərində çalışır
Cihazlar+
17.12.2024
Emil
Bloomberg saytının jurnalisti Mark Gurman, Apple tərəfindəın hazırlanan daha bir yeni məhsul barəsində məlumat verib. Bu dəfə söhbət, Magic Mouse adlı siçanın yeni versiyasından gedir. Gurman bildirib ki, şirkət yeni Magic Mouse siçanının konseptini artıq hazırlayıb. Məlumatda qeyd edilib ki, Apple öz yeni siçanında dizaynı tamamilə dəyişəcək. Bu, Magic Mouse-un müasir dövrə uyğunluğu üçün ediləcək.
Dizayn dəyişikliyindən əlavə olaraq Apple istifadəçilərin Magic Mouse ilə bağlı əsas istəklərini də reallaşdıracaq. Söhbət, şarj girişinin yerinin dəyişdirilməsindən gedir. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Magic Mouse modellərində şarj girişi aksesuarın alt hissəsində yerləşir. Nəticədə siçan şarj prosesində olduğu zaman ondan istifadə etmək demək olar mümkün deyil, olsa belə komfortu təmin etmir. Gurman-ın sözlərinə əsasən yenilənmiş Magic Mouse siçanı 2026-cı ildən tez satışa çıxmayacaq.
Paylaş
Ən çox oxunanlar

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
