
Apple Vision Pro 2 artıq hazırlanır
Bloomberg saytının məşhur insayderi Mark Gurman bildirib ki, Apple şirkəti bu ayın əvvəlində Vision Pro-nu satışa çıxartmasına baxmayaraq o, Vision Pro 2 üzərində artıq çalışmağa başlayıb. İnsayderin sözlərinə əsasən ikinci nəsil Vision Pro 18 aydan sonra təqdim olunacaq. Yəni təqribi olaraq 2025-ci ilin ikinci yarısında. Məlumata əsasən Apple hal-hazırda istifadəçilərin Visin Pro barəsindəki rəylərini toplamaqla məşğuldur. Bu üsul ilə şirkət növbəti nəsil Vision Pro-da onların istəklərini nəzərə alacaq. Şirkət Vision Pro-nu iPhone və Apple Watch kimi hər il yeniləməyi planlaşdırmır. Əgər Vision Pro 2 həqiqətən də gələn ilin ikinci yarısında təqdim olunsa, onun 2026-cı ilin əvvəlində satışa çıxacağını gözləmək olar.
Paylaş