Logo
    main-post-cover

    Apple Vision Pro 2 birinci nəsil Vision Pro-dan 2 özəlliyi ilə fərqlənəcək

    Cihazlar+
    14.04.2025
    Emil
         Apple şirkəti Vision Pro qarışıq reallıq (AR + VR) cihazının yeni versiyası üzərində çalışır. Vision Pro 2 əvvəlki modelə nisbətən iki əsas təkmilləşdirmə ilə təqdim olunacaq. Bu barədə Bloomberg-in məşhur insayderi Mark Gurman məlumat verib. Gurman-ın sözlərinə görə, Vision Pro 2 həm daha yüngül, həm də daha ucuz olacaq. Mövcud Vision Pro modeli 1.5 kq ağırlığa malikdir və onun qiyməti 3 499$-dan start götürür. İnsayder həmçinin bildirib ki, Apple çox aşağı gecikmə səviyyəsi təmin etmək üçün Mac kompüterlərinə naqil vasitəsilə qoşula bilən daha bir versiya üzərində də çalışır.
         “İdeya ondan ibarətdir ki, Mac ekranına məlumatların ötürülməsi və ya yüksək səviyyəli korporativ tətbiqlərlə qoşulmaq üçün ultra aşağı gecikməyə malik bir sistem yaradılsın. Bəzi müştərilər Vision Pro cihazından tibbi əməliyyatlar zamanı görüntülərə baxmaq və ya aviasiya simulyatorları ilə işləmək üçün istifadə edirlər. Bu isə istifadəçidən minimum gecikmə tələb edən iki sahədir - bunu isə tamamilə naqilsiz sistem təmin edə bilmir” - deyə Gurman-ın məlumatında qeyd olunub.
         Hazırda Apple-ın bu cihazlardan hansını və nə vaxt bazara çıxaracağı məlum deyil. Qeyd edək ki, birinci nəsil Vision Pro keçən ilin fevral ayında satışa çıxarılmışdı. Gurman-ın məlumatında həmçinin qeyd olunub ki, Apple-ın baş direktoru Tim Cook üçün əsas prioritetlərdən biri tam funksiyalı artırılmış reallıq eynəyinin yaradılmasıdır. Lakin belə bir məhsulun bazarda görünməsi çox güman ki, “hələ uzun illər” tələb edəcək.
    Mənbə: Macrumors
    Paylaş
    Bənzər xəbərlər
    yenilenmis-siri-bu-ilin-ikinci-yarisinda-istifadeye-verile-biler
    Proqram Təminatı

    Yenilənmiş Siri bu ilin ikinci yarısında istifadəyə verilə bilər

    Apple şirkəti daha öncə səsli köməkçisi Siri üçün genişləndirilmiş süni zəka funksiyalarının təqdimatını təxirə salmağa məcbur olsa da, indi bu funksiyalar üzərində işi sürətləndirib və artıq bu ilin payızında Apple Intelligence dəstəyi ilə Siri-ni təqdim etməyi planlaşdırır.
    mueyyen-yukselisden-sonra-texnoloji-sirketlerin-sehmlerinin-deyeri-yeniden-asagi-dusub
    Tech-Biznes

    Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb

    Çərşənbə günü qeydə alınan rekord artımdan sonra, texnoloji səhm qiymətləri cümə axşamı kəskin şəkildə azaldı, və Nasdaq Composite indeksi 4% gerilədi.
    apple-in-siri-ye-suni-zekanin-ugursuz-inteqrasiyasinin-sebebi-melum-olub
    Proqram Təminatı

    Apple-ın Siri-yə süni zəkanın uğursuz inteqrasiyasının səbəbi məlum olub

    Bu günlərdə The Information nəşrinin jurnalisti Wayne Ma geniş bir hesabat yayımlayıb. Hesabatda Apple-ın Siri üçün nəzərdə tutulan süni zəkanın yenidən işlənməsi prosesində uğursuzluğa düçar olduğu ətraflı təsvir olunur.
    qatlana-bilen-ipad-dusunulduyunden-daha-tez-teqdim-oluna-biler
    Cihazlar+

    Qatlana bilən iPad düşünüldüyündən daha tez təqdim oluna bilər

    Yeni hesabatda qeyd olunub ki, Apple uzun müddətdir gözlənilən böyük ölçülü qatlana bilən iPad modelini düşünüldüyündən daha tez təqdim edə bilər.
    eger-iphone-tamamile-abs-da-istehsal-edilse-onun-qiymeti-2500-dan-baha-olacaq
    Cihazlar+

    Əgər iPhone tamamilə ABŞ-da istehsal edilsə, onun qiyməti 2500$-dan baha olacaq

    ABŞ Prezidenti Donald Trump, dünyanın müxtəlif ölkələrindən idxal olunan mallara tətbiq ediləcək rüsumların ölkədə istehsalın sürətlə dirçəlməsinə kömək edəcəyini vəd etmişdi. Lakin ekspertlərin proqnozlarına görə, əslində ölkəni geyimdən tutmuş elektronikaya qədər bütün məhsullar üzrə qiymətlərin kəskin artımı gözləyir.