Logo
    main-post-cover

    Apple Vision Pro ilk dözümlülük testlərindən keçib (VİDEO)

    Cihazlar+
    05.02.2024
    Emil
         AppleTrack adlı YouTube kanalının müəllifi yenicə satışa çıxmış Apple Vision Pro cihazının dözümlülüyünü yoxlamaq qərarına gəlib. Bunun üçün o, Vision Pro-nu bir neçə dəfə yerə atıb. Lakin bu, yeganə test olmayıb. Başlanğıc üçün blogger qarışıq reallıq cihazını divara və divar künclərinə vurub. Cihaz vasitəsilə divara edilmiş zərbələr güclü olmayıb. Bununla belə Vision Pro bu cür zərbələrə tab gətirə bilib.
         Daha sonra blogger cihazı öz sinəsi hündürlüyündən yerə atıb. Maraqlısı ondadır ki, ilk zədələnmiş komponent Vision Pro-nun kəməri olub. Cihazın ön şüşəsi isə bir neçə düşüşə tab gətirə bilib. Nəticədə ön şüşə yalnız 8-ci düşüşdə sınıb. Bununla belə 8-ci düşüş çərçivəsində cihaz orta insan boyundan daha hündür məsafədən yerə atılıb. Lakin qeyd etmək lazımdır ki, 8-ci düşüş nəticəsində Vision Pro-nun yalnız xarici şüşəsi sınıb. Belə ki, xarici şüşənin altında olan ikinci qoruyucu şüşə salamat qalıb.
    Paylaş