Logo
    main-post-cover

    Apple Vision Pro-nun büdcəli versiyası daha aşağı piksel sıxlığına sahib ekranları əldə edə bilər

    Cihazlar+
    26.09.2024
    Emil
         Apple şirkətinin bu ilin fevral ayının əvvəlində Vision Pro adlı qarışıq reallıq (AR + VR) cihazı satışa çıxandan sonra şirkətin, onun daha büdcəli versiyası üzərində çalışması ilə bağlı məlumatlar ortaya çıxmağa başladı. İndi isə Apple Vision Pro-nun büdcəli versiyası barəsində yeni məlumat ortaya çıxıb. Belə ki, ortaya çıxmış yeni məlumata əsasən Apple şirkəti Vision Pro-nun büdcəli versiyasında daha aşağı piksel sıxlığına sahib ekranlardan istifadə edə bilər.
         Məlumatda qeyd edilib ki, şirkət Japan Display adlı şirkətin yeni OLED ekran nümunələrini əldə edib və əldə edilmiş nümunələrdə piksel sıxlığı 1500 ppi təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Apple Vision Pro-da ekranların piksel sıxlıqları 3391 ppi təşkil edir. Ekranlarda piksel sıxlığının aşağı salınması öz növbəsində Vision Pro-nun büdcəli versiyasının istehsal xərcini aşağı sala bilər. Məlumdur ki, Apple 1700 ppi göstəricidə piksel sıxlığına sahib OLED ekranlar barəsində Samsung LG şirkətlərindən məlumatlar əldə edir. Son məlumatlara əsasən Vision Pro-nun büdcəli versiyası ilkin hazırlanma mərhələsindədir. O, 2-3 ildən sonra təqdim oluna bilər.
    Paylaş