main-post-cover

    Apple Vision Pro-nun büdcəli versiyasının nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanıb

    Cihazlar+
    14.10.2024
    Emil Nəcəfov
         Apple şirkəti Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR) cihazını bu ilin fevral ayının əvvəlində satışa çıxartdı. Daha sonra isə məlumat ortaya çıxdı ki, şirkət bu cihazın daha aşağı qiymətli versiyası üzərində çalışır. Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində Vision Pro-nun büdcəli versiyasının nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verib. Qeyd etmək lazımdır ki, fevral ayının əvvəlində satışa çıxmış Vision Pro-nun qiyməti 3500$-dan start götürür.
         Cihazın bu qədər baha olması onun kütləvi şəkildə yayılmasına mane olan faktorlardan biridir. Gurman-ın sözlərinə əsasən Vision Pro-nun büdcəli versiyasında çox güman ki, daha aşağı performanslı prosessordan və daha ucuz materillardan istifadə ediləcək. Vision Pro-nun M2 prosessoru vasitəsilə çalışdığını nəzərə alsaq, güman etmək olar ki, onun büdcəli versiyası Apple A seriyasının prosessorlarından birini əldə edə bilər. Buna misal olaraq A18 Pro prosessorunu gətirmək olar. İnsayderin sözlərinə inansaq, Vision Pro-nun büdcəli versiyası artıq gələn il satışa çıxacaq və onun qiyməti 2000$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Növbəti iPhone SE-nin keysinin fotosu təqdim edilib
    novbeti-iphone-se-nin-keysinin-fotosu-teqdim-edilib
    Apple-ın Çindəki fabriki blokadaya alınıb!
    apple-in-cindeki-fabriki-blokadaya-alinib
    Apple AirTag 2 axtarış trekerinin mümkün təqdimat müddəti açıqlanıb
    apple-airtag-2-axtaris-trekerinin-mumkun-teqdimat-muddeti-aciqlanib
    Bir istifadəçi iPhone 16 Pro-nun arxa hissəsini tamamilə şəffaf bir hala gətirməyi bacarıb! (VİDEO)
    bir-istifadeci-iphone-16-pro-nun-arxa-hissesini-tamamile-seffaf-bir-hala-getirmeyi-bacarib-video
    Son iPod Shuffle ilə iPod Nano və iPhone 6 köhnəlmiş cihazlar siyahısına daxil edilib
    son-ipod-shuffle-ile-ipod-nano-ve-iphone-6-kohnelmis-cihazlar-siyahisina-daxil-edilib