main-post-cover

    Apple Vision Pro-nun bütün komponentlərinin ümumi dəyəri nə qədərdir?

    Cihazlar+
    26.02.2024
    Emil Nəcəfov
         Bu ayın əvvəlində ABŞ-da Apple Vision Pro-nun satışlarına start verildi. İndi isə sözügedən qarışıq reallıq cihazının komponentlərinin hansı qiymətə başa gəldikləri barəsində məlumat verilib. Gözlənildiyi kimi Apple Vision Pro-nun ən bahalı komponentləri məhz ekranları olublar. Omdia adlı tədqiqat şirkətinin məlumatına əsasən Apple Vision Pro-nun bütün komponentlərinin ümumi dəyəri 1542$ təşkil edir. Cihazın ən bahalı komponentləri ekranlarıdır. Söhbət, Sony istehsalı olan 4K keyfiyyətli 1.25 düym ölçülü iki ədəd micro-OLED ekrandan gedir.
         Sözügedən ekranların hər birinin qiyməti 228$ təşkil edir. Bu isə o deməkdir ki, ümumi 456$ qiymət göstəricisi ilə bu ekranlar Vision Pro-nun ümumi dəyərinin 30%-ni təşkil edirlər. Məlumatda qeyd edilib ki, cihazın ikinci ən bahalı komponenti M2 prosessoru, üçüncü ən bahalı komponenti isə müxtəlif kameralardan əldə edilən görüntülərin və məlumatların emalını reallaşdıran R1 adlı çipdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, yekun 1542$ qiymət göstəricisi sadəcə olaraq Vision Pro-nun bütün komponentlərinin ümumi qiymətidir. Cihazın yekun qiymətinə həmçinin şirkətin logistika, marketinq, proqram təminatı, tədqiqat və s. xərcləri də təsir göstərir.
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 Pro üçbucaq formasında arxa kamera dizaynı əldə edə bilər
    iphone-16-pro-ucbucaq-formasinda-arxa-kamera-dizayni-elde-ede-biler
    Ekrana sahib növbəti nəsil Apple HomePod nə zaman satışa çıxacaq?
    ekrana-sahib-novbeti-nesil-apple-homepod-ne-zaman-satisa-cixacaq
    Apple Vision Pro-nun qoruyucu şüşəsi üzərində çatlar əmələ gəlməyə başlayıb
    apple-vision-pro-nun-qoruyucu-susesi-uzerinde-catlar-emele-gelmeye-baslayib
    Apple iMessage tətbiqində kvant kompüterlərdən qorunma tədbirini görüb
    apple-imessage-tetbiqinde-kvant-komputerlerden-qorunma-tedbirini-gorub
    Apple şirkətinin ilk qatlana bilən cihazı iPhone olmaya bilər
    apple-sirketinin-ilk-qatlana-bilen-cihazi-iphone-olmaya-biler