Logo
    main-post-cover

    Apple Vision Pro-nun Çindəki satışları ürəkaçan deyil

    Cihazlar+
    24.07.2024
    Emil
          Artıq heç kim üçün sirr deyil ki, Apple Vision Pro-nun ABŞ-dakı satışları heç də yaxşı deyil. Məlum olub ki, bu, sözügedən qarışıq reallıq cihazının satışlar mövzusunda yeganə uğursuzluğu deyil. Belə ki, insayderlərin vermiş olduqları yeni məlumata əsasən Apple Vision Pro-nun Çin bazarında da satışları ürəkaçan deyil. Məlumatda qeyd edilib ki, son zamanlarda Çində Apple Vision Pro-nu geri qaytaran alıcıların faiz göstəricisi yüksəlib. İnsayderlər bildiriblər ki, Çində Vision Pro-nu əldə etmiş alıcıların 50%-i müəyyən müddətdən sonra cihazı geri qaytarıb.
         Qeyd etmək lazımdır ki, məşhur analitik Ming-Chi Kuo bir neçə müddət bundan öncə Vision Pro ilə bağlı bu halın mümkün səbəbini açıqlamışdı. Onun sözlərinə əsasən istifadəçilərin müəyyən müddətdən sonra Vision Pro-nu geri qaytarmalarının və ya istifadə etməmələrinin əsas səbəbi sadəcə olaraq cihazın lazımsız olmasındadır. Nəticədə alıcılar cihazı geri qaytarmaqla MacBook kimi digər cihazlara diqqət ayırırlar. Son məlumat sızıntılarına əsasən Apple şirkəti artıq Vision Pro-nun daha sadələşdirilmiş versiyası üzərində çalışır. Daha aşağı qiymətə satılacaq sadələşdirilmiş versiyanın satışların yüksəlməsinə təkan verib-verməyəcəyi isə zamanla bilinəcək.
    Paylaş