Logo
    main-post-cover

    Apple Vision Pro-nun daha premium versiyası hazırlanır

    Cihazlar+
    04.11.2024
    Emil
         Ming-Chi Kuo adlı məşhur analitik Apple şirkətinin daha aşağı qiymətə satılacaq Vision Pro modeli barəsində yeni təfərrüatları təqdim edib. Onun sözlərinə əsasən şirkət Vision Pro-nun daha büdcəli versiyasının satışını bir qədər təxirə salıb. Analitik bunun hansı səbəbə görə baş verdiyini açıqlayıb. Qeyd etmək lazımdır ki, daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, Apple şirkəti Vision Pro-nun daha büdcəli versiyasını 2025-ci ildə təqdim edəcək. Lakin Ming-Chi Kuo-nun sözlərinə əsasən Vision Pro-nun büdcəli versiyası 2027-ci ildə təqdim olunacaq.
         Analitik bildirib ki, büdcəli versiyanın 2027-ci ilə kimi təxirə salınmasının əsas səbəbi ondadır ki, cihazın satış qiymətinin azaldılması onun kütləvi olacağına yardımçı olmayacaq. Analitik bu mövzuda HomePod smart səsgücləndiricisini misal gətirib. Belə ki, Apple HomePod-un daha büdcəli versiyasını təqdim edəndən sonra belə sözügedən smart səsgücləndirici alıcılar arasında o qədər də məşhur olmadı. Analitik bildirib ki, Apple gələn il Vision Pro-nun büdcəli versiyası əvəzinə daha premium versiyasını təqdim edəcək. Məlumata əsasən Vision Pro-nun gələn il təqdim olunacaq premium versiyası M5 prosessoru vasitəsilə çalışacaq və özündə Apple Intelligence dəstəyini birləşdirəcək. Cihazın daha hansı üstünlüklərə sahib olacağı barəsində heç bir məlumat yoxdur.
    Paylaş