main-post-cover

    Apple Vision Pro-nun ikinci nəsli və sadələşdirilmiş versiyası üzərində çalışır

    Cihazlar+
    24.06.2024
    Emil Nəcəfov
        Bloomberg saytının yeni hesabatı Apple Vision Pro qarışıq reallıq cihazının növbəti versiyası barəsində bəzi məlumatları özündə əks etdirir. Qeyd etmək lazımdır ki, Vision Pro-nun növbəti versiyası daha ucuz qiymətə satılacaq versiya olmalıdır. Beləliklə Bloomberg-in hesabatına əsasən Vision Pro-nun sadələşdirilmiş versiyasının N107 kod adlı prototipləri daha dar baxış sahəsinə sahibdirlər. Bununla yanaşı məlumatda qeyd edilib ki, Vision Pro-nun sadələşdirilmiş versiyasının çalışması üçün mütləq şəkildə iPhone və ya Mac-a qoşulma tələb edilə bilər. Bu cür tələb isə onu standart Vision Pro-dan tamamilə fərqləndirir.
        Belə ki, bu ilin əvvəlində satışa çıxmış Vision Pro tamamilə avtonom şəkildə çalışır və ondan istifadə etmək üçün iPhone və ya Mac-a qoşulma tələb edilmir. Bununla belə qarışıq reallıq cihazının sadələşdirilmiş versiyasından istifadə üçün iPhone və ya Mac-ın cəlb edilməsi öz növbəsində cihazın hesablama gücü və komponentləri üçün olacaq xərcləri aşağı salmağa imkan verəcək. Bu isə cihazın daha ucuz qiymətə satılmasını mümkün edəcək. Bloomberg-in hesabatında qeyd edilib ki, Apple öz qarışıq reallıq cihazının sadələşdirilmiş versiyası ilə yanaşı həmçinin standart Vision Pro-nun ikinci nəsli üzərində də çalışır və o, şirkət daxilində N109 kod adına sahibdir. Məlumata əsasən Vision Pro-nun ikinci nəsli daha təkmilləşdirilmiş prosessora və xarici kameralara sahib olmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple, "Apple Intelligence"in nəyə görə köhnə cihazlarda çalışmadığını açıqlayıb!
    apple-apple-intelligencenin-neye-gore-kohne-cihazlarda-calismadigini-aciqlayib
    Apple şirkəti Vision Pro 2-nin hazırlanma prosesini dayandırıb
    apple-sirketi-vision-pro-2-nin-hazirlanma-prosesini-dayandirib
    Apple Watch Series 10 smart saatı barəsində məlumatlar təqdim edilib
    apple-watch-series-10-smart-saati-baresinde-melumatlar-teqdim-edilib
    Apple öz əsas cihazlarını daha nazik gövdə ilə təmin etməyi hədəfləyib
    apple-oz-esas-cihazlarini-daha-nazik-govde-ile-temin-etmeyi-hedefleyib
    HarmonyOS Çində iOS-dən daha məşhur olub
    harmonyos-cinde-ios-den-daha-meshur-olub