Apple Vision Pro-nun istehsalı dayandırıla bilər
The Information saytı Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR) cihazının istehsalı ilə bağlı növbəti planları barəsində məlumat verib. Verilmiş məlumata əsasən şirkət Vision Pro-nun istehsal tirajını olduqca ixtisar etmək niyyətindədir. Söhbət, elə dərəcədə ixtisardan gedir ki, Vision Pro-nun istehsalı nəticədə dayandırıla bilər. İnsayderlərin sözlərinə əsasən Apple şirkətinin anbarlarında hal-hazırda Vision Pro-ya ola biləcək tələbatı qarşılamaq üçün lazımi sayda cihaz mövcuddur. Məlumatda qeyd edilib ki, şirkət Vision Pro-nun yığılması ilə məşğul olan partnyoruna oktyabr ayına kimi istehsal tirajının ixtisar olunması bildirişini göndərib.
Analitiklərin fikirlərinə əsasən ilin sonuna kimi Vision Pro-nun istehsalı tamamilə dayandırıla bilər. Təqdim edilmiş hesabatda qeyd edilib ki, Apple 500 000-600 000 ədəd Vision Pro-nun istehsalına kifayət edəcək sayda komponentə sahibdir. Lazım olacağı halda Apple tələbatın yüksələcəyi ehtimalında Vision Pro-nun istehsalını rahatlıqla genişləndirə biləcək. Görünür, Apple Vision Pro-ya olan aşağı tələbat səbəbilə şirkət belə bir addımı atmalı olub. Analitiklərin fikirlərinə əsasən Vision Pro-ya tələbatın az olmasında əsas səbəblər onun qiymətinin olduqca yüksək olması və onun üçün lazımi sayda kontentin olmamasıdır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar