Logo
    main-post-cover

    Apple Vision Pro-nun satış statistikası açıqlanıb

    Cihazlar+
    10.12.2024
    Emil
         Apple şirkətinin bu ilin fevral ayının əvvəlində satışa çıxmış ilk qarışıq reallıq (AR + VR) cihazı olan Vision Pro-nun gələn ilin fevral ayında 1 ili tamam olacaq. Görünür, istifadəçilərin çoxu Apple şirkətinin bu cihazım təqdimatı zamanı sərgiləmiş olduğu imkanlarını qiymətləndirməyib. Belə ki, Vision Pro-nun satışları barəsində statistika heç də ürəkaçan deyil. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple bu ilin fevral ayından indiyədək ümumilikdə cəmi 500 000 ədəd Vision Pro sata bilib. Bu statistik göstəricinin bir neçə səbəbi var. Onlardan biri də Vision Pro-nu almış şəxslərin müəyyən müddətdən sonra onu geri qaytarmalarıdır.
         Bundan əlavə olaraq insayder Apple şirkətinin daxili statistikasına istinadən bildirib ki, Vision Pro-nu əldə etmiş şəxslərin əksəriyyəti cihazı şirkətin istədiyi kimi mütəmadi şəkildə istifadə etmir. Gurman qeyd edib ki, bu, virtual reallıq sahəsinin ümumi problemidir və Apple bu vəziyyəti dəyişə bilməyib. Lakin Vision Pro-nun olduqca aşağı satış göstəricilərinin əsas səbəbi onun yüksək satış qiymətinə sahib olmasındadır. Qeyd etmək lazımdır ki, cihazın qiyməti 3500$-dan start götürür. Cihazın tətbiq sahəsinin o qədər də geniş olmaması da satışlara öz təsirini göstərib. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple bu ilin sonuna kimi Vision Pro-nun istehsalını dayandırmağı planlaşdırır. Bununla belə son məlumat sızıntılarına əsasən şirkət Vision Pro-nun büdcəli versiyası və Vision Pro 2 üzərində çalışmağa davam edir.
    Paylaş
    Bənzər xəbərlər
    gelecek-macbook-pro-larin-ekranlarinda-enenevi-cixinti-hisse-olmayacaq
    Cihazlar+

    Gələcək MacBook Pro-ların ekranlarında ənənəvi çıxıntı hissə olmayacaq

    Omdia şirkətinin təqdim etmiş olduğu məlumata əsasən Apple şirkəti 2026-cı ildə satışa çıxacaq 14 və 16 düym ekranlı MacBook Pro noutbuklarında ekran üzərindəki ənənəvi çıxıntı hissəni aradan qaldıracaq.
    novbeti-iphone-se-nin-kameralari-baresinde-melumatlar-ortaya-cixib
    Cihazlar+

    Növbəti iPhone SE-nin kameraları barəsində məlumatlar ortaya çıxıb

    Apple gələn ilin yaz fəslində növbəti iPhone SE smartfonunu təqdim etməlidir. Bunun mart ayında baş tutacağı gözlənilir.
    apple-gelecek-mac-komputerlerini-mobil-rabite-ile-temin-etmeyi-planlasdirir
    Cihazlar+

    Apple gələcək Mac kompüterlərini mobil rabitə ilə təmin etməyi planlaşdırır

    Apple artıq bir neçə ildir ki, fərdi 5G modemini hazırlamağa çalışır. Son məlumatlara əsasən şirkətin ilk fərdi 5G modemi gələn il təqdim olunacaq növbəti iPhone SE smartfonuna quraşdırılacaq.
    mutexessisler-2025-ci-ile-dair-proqnozlarini-aciqlayiblar-dunyada-neler-deyisecek
    Elm & Texnologiya

    Mütəxəssislər 2025-ci ilə dair proqnozlarını açıqlayıblar: Dünyada nə dəyişikliklər baş verəcək?

    Danimarkalı bir maliyyə qurumu 2025-ci il üçün gözlənilən böyük dəyişiklikləri ümumiləşdirib. İqtisadiyyatdan texnologiyaya, siyasətdən ətraf mühitə qədər reallaşa biləcək qeyri-adi ssenariləri təqdim edirik.
    iphone-17-air-smartfonu-iphone-16-pro-dan-daha-nazik-olacaq
    Cihazlar+

    iPhone 17 Air smartfonu iPhone 16 Pro-dan daha nazik olacaq

    Son zamanlarda ortaya çıxmış məlumata əsasən Apple şirkəti gələn il iPhone 17 Air smartfonunu təqdim edəcək. Gözləntilərə əsasən bu smartfon iPhone 17 seriyasında iPhone 17 Plus modelini əvəzləməli və olduqca nazik gövdəyə sahib olmalıdır.