main-post-cover

    Apple Vision Pro-nun satışları sürətlə aşağı düşür

    Cihazlar+
    12.07.2024
    Emil Nəcəfov
         Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR) cihazının rəsmi satışlarına fevral ayının əvvəlində start verilmişdi. Görünür, Apple virtual reallıq sahəsindıə sürətli şəkildə inqilab reallaşdıra bilmədi. Belə ki, IDC adlı tədqiqat şirkətinin hesabatına əsasən Vision Pro-nun ABŞ bazarında satışları sürətlə aşağı düşür. Məlumata əsasən fevral ayının əvvəlində satışlara start verilən vaxtdan indiyənə kimi şirkət heç 100 000 ədəd cihaz belə sata bilməyib. Mütəxəssislərin proqnozlarına əsasən Apple satışlara start verilən ilk il ərzində ümumilikdə 500 000 ədəd Vision Pro sata bilməyəcək.
         Məlumatda qeyd edilib ki, ABŞ bazarında bu rüb ərzində Vision Pro-nun satışları daha öncəki rüb ilə müqayisədə 75% daha aşağı ola bilər. Mütəxəssislər bildiriblər ki, Vision Pro-nu əldə etmək istəmiş şəxslər artıq onu əldə ediblər. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Vision Pro-nu əldə etmiş bəzi alıcılar müəyyən müddətdən sonra onu ya geri qaytarır ya da internet üzərindən daha ucuz qiymətə satırlar. IDC şirkətinin analitiklərinin fikirlərinə əsasən bu vəziyyəti Vision Pro-nun daha sadələşdirilmiş və ucuz qiymətə satılacaq versiyasının satışa çıxması dəyişə bilər. Bəzi məlumatlara əsasən isə Apple öz qarışıq reallıq cihazının sadələşdirilmiş versiyası üzərində artıq çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple təchizatçısı, iPhone 16 sifarişlərini yerinə yetirmək üçün səfərbər olub!
    apple-techizatcisi-iphone-16-sifarislerini-yerine-yetirmek-ucun-seferber-olub
    Gələn ilki iPhone 17 Pro Max-ın kamera imkanları açıqlanıb
    gelen-ilki-iphone-17-pro-max-in-kamera-imkanlari-aciqlanib
    iPhone 16 Pro modelləri daha yüksək sürətli şarj texnologiyasının dəstəyini əldə edə bilərlər
    iphone-16-pro-modelleri-daha-yuksek-suretli-sarj-texnologiyasinin-desteyini-elde-ede-bilerler
    Apple, iPhone istifadəçilərini kiberhücumlara qarşı xəbərdarlıq edib!
    apple-iphone-istifadecilerini-kiberhucumlara-qarsi-xeberdarliq-edib
    iOS 18-də zənglərlə bağlı çoxdan gözlənilən funksiya istifadəyə veriləcək
    ios-18-de-zenglerle-bagli-coxdan-gozlenilen-funksiya-istifadeye-verilecek