
Apple Vision Pro-nun təkmilləşdirilmiş versiyasının sahib olacağı özəlliklərdən biri açıqlanıb
Cihazlar+
29.12.2023
Emil
Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının hələ satışa çıxmamasına baxmayaraq internetdə Apple şirkətinin artıq onun daha təkmilləşdirilmiş versiyası üzərində çalışdığı barəsində məlumat ortaya çıxıb. Məlumata əsasən Vision Pro-nun daha təkmilləşdirilmiş versiyasının əsas üstünlüyü onun GB OLEDoS adlı texnologiyanı dəstəkləməsi olacaq. GB OLEDoS texnologiyası işığı və rəngi qonşu RGB subpiksellərdən əldə edir. Bu halda rəng filtrlərinin istifadəsinə ehtiyac qalmır. Bu öz növbəsində WOLED texnologiyası ilə müqayisədə daha yüksək parlaqlıq səviyyəsini təmin edir. Vision Pro-nun təkmilləşdirilmiş versiyasının nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
