
Apple Vision Pro yeni növ ekranları əldə edə bilər
Cihazlar+
02.08.2024
Emil
Apple şirkəti may ayında iPad Pro 2024 planşetini təqdim edən zaman bildirmişdi ki, bu planşetin əsas fərqləndirici tərəfi odur ki, o, dünyanın ən aparıcı ekranına sahibdir. Söhbət, Tandem OLED adlı ekrandan gedir. Bu, bir-birinin üzərinə yerləşdirilmiş iki OLED ekrandır. Nəticədə onlar Tandem OLED adlı vahid ekranı formalaşdırırlar. Məlum olub ki, Samsung və LG şirkətləri bu texnologiyanı micro-OLED ekranlarda tətbiq edə biliblər.
Nəticədə bu cür micro-OLED ekranlar Apple Vision Pro 2-də istifadə edilə bilər. Məlumatda qeyd edilib ki, Samsung və LG uğurlu şəkildə micro-OLED səviyyəli Tandem OLED ekranları hazırlayandan sonra onlara ehtiyac duyacaq müştərilərin axtarışındadırlar. Bu cür ekranlar üçün perspektivli məhsul isə Apple şirkətinin növbəti Vision Pro modeli olmalıdır. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Vision Pro-da Sony istehsalı olan micro-OLED ekranlardan istifadə edilir və onlar Vision Pro-nun ən bahalı komponentləri hesab edilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
