
Apple Watch SE 2 və Watch Ultra 3 gələn ilin ortasında təqdim oluna bilərlər
Cihazlar+
11.09.2024
Emil
Apple şirkəti bu həftənin əvvəlində keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində yalnız bir yeni smart saatı təqdim etdi. Söhbət, Apple Watch Series 10-dan gedir. Bəziləri isə Apple Watch SE 2-ni və hətta Apple Watch Ultra 3-ü gözləyirdilər. Lakin nəticədə bu smart saatlar təqdim olunmadı. Bununla belə ortaya çıxmış yeni məlumata əsasən Apple Watch SE 2 və Watch Ultra 3 smart saatları artıq gələn ilin ortasında təqdim oluna bilərlər. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən gələn il üçün təqdimatları gözlənilən bu smart saatlarda o qədər də ciddi dəyişikliklər olmayacaq. Gözləntilərə əsasən Apple Watch Ultra 3 smart saatı xarici görünüşcə Apple Watch Ultra 2-yə bənzəyəcək. Bununla belə Apple Watch Ultra 3 daha yeni prosessor vasitəsilə çalışa və özündə daha nazik ekran ətrafı çərçivələri birləşdirə bilər.
Paylaş
Ən çox oxunanlar

Təqdimata hazırlaşan Xiaomi CIVI 5 Pro-nun ilk rəsmi fotoları təqdim edilib
