main-post-cover

    Apple Watch Series 10 smart ssatı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.09.2024
    Emil Nəcəfov
         Apple şirkəti dünən gecə iPhone 16 smartfon seriyası ilə birlikdə həmçinin Watch Series 10 smart saatını da təqdim etdi. Keçən ilki Watch Series 9 ilə müqayisədə Watch Series 10-da bir sıra dəyişikliklər reallaşdırılıb. Onlardan ən əsası isə odur ki, Watch Series 10 şirkətin smart saatları tarixində ən böyük ekranı əldə edib. Şirkət ümumiyyətlə Watch Series 10-da ən böyük diqqətini məhz onun ekranına ayırıb. Yeni smart saatın ekranına bucaq altında baxdıqda onun keçən ilki smart saatın ekranından 40% daha parlaq olduğu görünür. Bu baxımdan Apple Watch Series 10-un ekranını geniş bucaqlı adlandırır.
         Smart saat iki gövdə ölçüsü versiyasında təqdim edilib. Birinci versiya 42 mm-lik gövdə ölçüsünə, ikinci versiya isə 46 mm-lik gövdə ölçüsünə sahibdir. Hər iki versiyada gövdənin qalınlığı 9.7 mm təşkil edir. Şirkət smart saatın ekran ölçüsü barəsində konkret bir məlumat verməsə də, məlumdur ki, onun maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir. Watch Series 10-un standart versiyasının gövdəsi alüminium materialdan, daha premium versiyasının gövdəsi isə titan materialdan hazırlanıb.
         Smart saatın gövdəsi həmçinin suya dözümlülük özəlliyinə sahibdir və 50 metr su dərinliyinə tab gətirə bilir. Watch Series 10 smart saatı Apple S10 prosessoru vasitəsilə çalışır və özündə 4 nüvəli neyron çipini birləşdirir. Bu isə o deməkdir ki, smart saat süni zəka funksiyalarını işə sala biləcək. Watch Series 10 elektrokardioqrafiyanı reallaşdıra, ürək döyüntüləri tezliklərini, qandakı oksigen miqdarını ölçə və s. tibbi funksionallığı reallaşdıra bilir.
         Smart saatın əsas fərqləndirici özəlliklərindən biri də odur ki, o, yuxuda nəfəs kəsilməsi kimi bilinən yuxu apnesini monitorinq edə bilir. İstifadəçi yuxuda olan zaman smart saat akselerometr vasitəsilə onun tənəffüsünü analiz edərək istifadəçinin yuxudakı vəziyyəti barəsində nəticə çıxarır. Qeyd etmək lazımdır ki, yuxu apnesinin monitorinqi funksiyası həmçinin Watch Series 9 və Watch Ultra 2-də də istifadəyə veriləcək. Watch Series 10 smart saatı 20 sentyabr tarixində satışa çıxacaq. Onun GPS dəstəkli versiyasının qiyməti 399$-dan, GPS və LTE dəstəkli versiyasının qiyməti isə 499$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple AirPods Pro 2, klinik səviyyəli eşitmə cihazına çevrilir!
    apple-airpods-pro-2-klinik-seviyyeli-esitme-cihazina-cevrilir
    iPhone 16, 16 Plus, 16 Pro və 16 Pro Max təqdim olundu - QİYMƏTİ
    iphone-16-16-plus-16-pro-ve-16-pro-max-teqdim-olundu-qiymeti
    Bir istifadəçi, iPhone-nun suya davamlılığının marketinq hiləsi olduğunu bildirərək Apple-a qarşı iddia qaldırıb!
    bir-istifadeci-iphone-nun-suya-davamliliginin-marketinq-hilesi-oldugunu-bildirerek-apple-a-qarsi-iddia-qaldirib
    Yeni dünya rekordu: Dünyanın ən böyük iPhone 15 Pro Max-ı hazırlanıb (VİDEO)
    yeni-dunya-rekordu-dunyanin-en-boyuk-iphone-15-pro-max-i-hazirlanib-video
    Apple heç bir AR dəstəyinə sahib olmayan smart eynək üzərində çalışır
    apple-hec-bir-ar-desteyine-sahib-olmayan-smart-eynek-uzerinde-calisir