Logo
    main-post-cover

    Apple zamanında Android smartfonlara bənzər iPhone üzərində çalışıbmış

    Cihazlar+
    15.11.2023
    Emil
         İnsayderlərdən biri tərəfindən təqdim edilmiş fotolarda Apple şirkətinin uzun illər öncə test etmiş olduğu iPhone prototiplərindən biri əks olunub. Fotolardan da görmək olar ki, smartfon xarici görünüşcə Android smartfonlara bənzəyib. Çox güman ki, məhz bu səbəbdən Apple sözügedən prototipi nəticədə kütləvi istehsalat prosesinə çatdırmayıb. Hələ uzun illər bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple arxa paneldən barmaq izi skanına sahib iPhone modelini satışa çıxara bilər. Təqdim edilmiş fotolarda əks olunmuş iPhone prototipi də məhz arxa paneldən Touch ID texnologiyasına sahibdir. Ümumilikdə prototip iPhone 7 Plus modelini xatırladır. Sözügedən prototipin sadəcə olaraq Çində hazırlanmış saxta versiya olması və Apple şirkətinə heç bir aidiyyatının olmaması ehtimalı da yüksəkdir.
    Paylaş