Logo
    main-post-cover

    AppleCare One daha 4 ölkədə istifadəyə verilir

    Cihazlar+
    27.07.2026
    Sevinj
        Apple bir il əvvəl ABŞ-də istifadəyə verdiyi AppleCare One xidmətini daha dörd ölkədə, Böyük Britaniya, Fransa, Almaniya və Avstraliyada istifadəyə təqdim edəcəyini açıqlayıb. Xidmət 4 avqust 2026-cı il tarixindən etibarən aktiv olacaq. AppleCare One bir neçə Apple cihazından istifadə edən şəxslər üçün nəzərdə tutulmuş vahid sığorta paketidir. İstifadəçilər bir abunə çərçivəsində 3 cihazı sığortalaya bilirlər. Paketə iPhone, iPad, Mac, Apple Watch, AirPods, Apple TV, HomePod və bəzi digər Apple məhsulları daxil edilə bilər.
        AppleCare One aşağıdakı üstünlükləri təqdim edir:
    • 3-ə qədər Apple cihazının sığortalanması;
    • iPhone, iPad və Apple Watch üçün oğurluq və itki təminatı;
    • Təsadüfi zədələnmələr üzrə limitsiz təmir;
    • Batareyanın ödənişsiz dəyişdirilməsi;
    • Apple texniki dəstəyinə prioritet çıxış.
        Şirkət bildirir ki, istifadəçilər il ərzində maksimum 3 oğurluq və ya itki hadisəsi üzrə müraciət edə biləcəklər.
    Paylaş
    Bənzər xəbərlər