Artemis II astronavtları kosmosda Outlook problemi ilə üzləşiblər
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Ay missiyasına hazırlaşan Artemis II ekipajı kosmosda gözlənilməz texniki problemlə qarşılaşıb: Microsoft Outlook işləməyib. Maraqlısı isə odur ki, bu problem Yer üzündə ofis işçilərinin tez-tez qarşılaşdığı problemlərə çox bənzəyir.
Artemis II missiyasının komandiri Rid Vaysman Yerə göndərdiyi mesajda şəxsi planşetində (Microsoft Surface Pro) internet bağlantısı ilə bağlı problem yarandığını bildirib. NASA mütəxəssisləri cihazın şəbəkəyə qoşulu olduğunu müəyyən ediblər və planşetə uzaqdan qoşularaq problemi araşdırmaq üçün icazə istəyiblər. Bu zaman komandir Vaysman planşetində iki ayrı Microsoft Outlook proqramının olduğunu və onların heç birinin işləmədiyini bildirib.
NASA problemin “Optimus” adlı proqram təminatı ilə bağlı ola biləcəyini düşünür və məsələ üzərində uzaqdan texniki müdaxilə ilə işləyib. Qeyd edək ki, bu, missiya zamanı yaranan ilk texniki problem deyil. Astronavtlar daha əvvəl kosmik gəmidə tualet sisteminin ventilyatorunda nasazlıq olduğunu da bildirmişdilər. Problem bir neçə saat ərzində həll edilib.
Paylaş