
Black Shark Ring smart üzüyü təqdim olunub - QİYMƏTİ
Cihazlar+
18.04.2024
Farid
Xiaomi-nin Black Shark brendi öz smart üzüyünü təqdim edib. Bu smart üzük Black Shark Ring adlanır. Black Shark brendi əsasən gaming smartfonlar və onlar üçün nəzərdə tutulmuş aksesuarların hazırlanması ilə məşğul olsa da, Black Shark Ring smart üzüyü gaming ilə bağlı heç bir funksiyanı əldə etməyib. Black Shark Ring bədən temperaturunu, qandakı oksigen miqdarını, ürək döyüntüləri tezliklərini ölçə və yuxu keyfiyyətini monitorinq edə bilir. Yəni bu smart üzük bir çox smart saat və smart qolbağın sahib olduğu bu kimi funksiyaları özündə birləşdirir. Üstəlik Black Shark Ring istifadəçi tərəfindən sərf edilmiş enerjini və onun qətt etdiyi məsafəni ölçə bilir. Üzüyün daxilinə 16 mAh enerji tutumlu batareya quraşdırılıb. Smart üzük bir dəfə şarj olunandan sonra 4-6 gün ərzində çalışa bilir. Black Shark Ring 85$ qiymətində satışa çıxıb.


Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
