Logo
    main-post-cover

    Böyük ölçülü TCL Thunderbird U9 monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.10.2024
    Emil
         TCL şirkəti böyük ölçülü monitorunu təqdim edib. Monitor TCL Thunderbird U9 adlanır. Beləliklə TCL şirkətinin bu monitoru 120 Hz-lik təsvir yenilənməsinə sahib 7680x2160 piksel keyfiyyətli 57 düym ölçülü mini LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 98%-ni əhatə edir. Monitor özündə 10 vatt gücündə iki ədəd səsgücləndiricini, HDMI 2.1, DisplayPort 1.4, USB-C, USB-A 3.0, USB-B 3.0 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. TCL Thunderbird U9 artıq Çində satışa çıxıb və onun qiyməti 1610$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş