
Bu ayın sonuna kimi OnePlus Buds Ace 2 naqilsiz qulaqlığı təqdim ediləcək
Cihazlar+
12.12.2024
Emil
Artıq məlumdur ki, OnePlus bu ayın sonuna kimi OnePlus Ace 5 smartfonlarını və OnePlus Pad planşet seriyasının yeni modelini təqdim edəcək. Lakin bunlar şirkətin bu ayın sonuna kimi təqdim edəcəyi yeganə yeni cihazlar olmayacaqlar. Belə ki, məlum olub ki, şirkət həmçinin bu ayın sonuna kimi OnePlus Buds Ace 2 adlı yeni naqilsiz qulaqlığını da təqdim edəcək. Şirkət bu yeni naqilsiz qulaqlığın fotolarını təqdim edib. Fotolardan da görmək olar ki, qulaqlıqlar vakuum konstruksiyasına sahib olacaqlar. Onlar barəsində hələ ki, digər bir məlumat yoxdur.


Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
