
Büdcəli Honor Play 50 smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
29.03.2024
Emil
Honor şirkəti keçən il Honor Play 50 Plus smartfonunu təqdim etmişdi. İndi isə şirkət Honor Play 50 smartfonunu təqdim edib. Honor-un bu yeni büdcəli smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1612x720 piksel keyfiyyətli 6.56 düym IPS ekranla təchiz olunub. Ekran həmçinin damcı formalı çıxıntı hissəyə sahibdir. Smartfon MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışır və özündə 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirir.
Kameralar mövzusunda Honor Play 50 smartfonu 13 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 5200 mAh enerji tutumlu batareyaya sahibdir. Honor Play 50 qutudan Android 14 vasitəsilə çalışır. Smartfon artıq Çin bazarında satışa çıxıb. 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 165$-a, 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiya isə 194$-a satılır. Honor Play 50-nin digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
