main-post-cover

    Büdcəli Honor Play 9C smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.09.2024
    Emil Nəcəfov
         Honor şirkəti yeni büdcəli smartfonunu təqdim edib. Şirkətin yeni büdcəli smartfonu Honor Play 9C adlanır. Honor Play 9C-nin büdcəli smartfon olmasına baxmayaraq o, böyük həcmli batareyanı, böyük daxili yaddaş həcmini və iPhone-lardakı Dynamic Island çıxıntısının rolunu oynayan Smart Capsule funksiyasını əldə edib. Beləliklə Honor Play 9C smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1612x720 piksel keyfiyyətli 6.65 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 780 nit təşkil edir. Smart Capsule funksiyası ekranın damcı formalı çıxıntıya sahib hissəsində Dynamic Island tərzində oval formalı rəqəmsal çıxıntının əmələ gəlməsinə şərait yaradır.
         Əmələ gələn rəqəmsal çıxıntı daxilində isə zənglər, mesajlar barəsində məlumatlar əks olunur. Bununla yanaşı rəqəmsal çıxıntı sayəsində musiqi idarəsini reallaşdırmaq mümkündür. Honor Play 9C smartfonu MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 13 MP-lik əsas arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 10 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Play 9C artıq Çində satışa çıxıb. Onun 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiyası 113$-a, 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiyası isə 142$-a satılır. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Honor Pad X8a planşeti təqdim edilib - QİYMƏTİ
    budceli-honor-pad-x8a-planseti-teqdim-edilib-qiymeti
    Honor Magic 7 Pro-nun real fotoları ortaya çıxıb
    honor-magic-7-pro-nun-real-fotolari-ortaya-cixib
    Büdcəli Honor Play 9T smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-honor-play-9t-smartfonu-teqdim-edilib-qiymeti
    HONOR, IFA2024 tədbiri zamanı süni intellekt əsaslı yeniliklərini və müasir cihazlarını təqdim edib!
    honor-ifa2024-tedbiri-zamani-suni-intellekt-esasli-yeniliklerini-ve-muasir-cihazlarini-teqdim-edib
    Honor Magic V3-ün qlobal versiyasının hansı qiymətə satılacağı məlum olub
    honor-magic-v3-un-qlobal-versiyasinin-hansi-qiymete-satilacagi-melum-olub