main-post-cover

    Büdcəli Moto G04 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    23.01.2024
    Farid Pardashunas
         Motorola şirkəti Moto G24 ilə yanaşı Moto G seriyasında daha bir büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G04-dən gedir. Moto G04 smartfonu xarici görünüşcə Moto G24-ə bənzəsə də daha sadələşdirilmiş texniki özəllikləri əldə edib. Beləliklə Moto G04 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.6 düym ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı Moto G04-ün gövdəsi IP52 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiricilər ilə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir.
         Smartfon Unisoc T606 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 64 GB daxili yaddaş həcminə sahibdir. Kameralar mövzusunda Moto G04 ilə Moto G24 eynidir. Yəni Moto G04 modeli 16 MP-lik arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareya həcminə gəldikdə isə smartfon 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G04 qutudan Android 14 vasitəsilə çalışır. Smartfon artıq Avropa bazarında 120 avroya satışa çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Moto G04-ün fotoları ortaya çıxıb
    budceli-moto-g04-un-fotolari-ortaya-cixib