Logo
    main-post-cover

    Büdcəli OnePlus Buds 3V naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.09.2025
    Emil
         OnePlus yeni büdcəli naqilsiz qulaqlığı OnePlus Buds 3V-ü təqdim edib. Bu yeni qulaqlıq 12.4 mm diametrli iri dinamik drayverlərlə təchiz olunub və zəngin, detallı səs təmin edir. Əlavə olaraq, məkanlı 3D səs dəstəyi mövcuddur. Zənglər və səs-küylü mühitdə istifadə üçün qulaqlıqlara süni intellekt əsasında işləyən səsboğma alqoritmlərinə malik 2 daxili mikrofon quraşdırılıb. Qulaqlıqlar Bluetooth 5.4-ü dəstəkləyir və cəmi 47 millisaniyə gecikmə təmin edirlər.
         Qulaqlıqlarda gövdə həmçinin IP55 standartına uyğun toz və nəmişliyə qarşı qorunma ilə yanaşı, bir sıra əlavə funksiyalar da təklif edir: süni intellektlə real vaxtda tərcümə, səsli köməkçini aktivləşdirmə, eyni anda iki qurğuya qoşulma və itirilmiş qulaqlıqları axtarma imkanı. Avtonom işləmə müddəti şarj keysi ilə birlikdə 54 saata, tək qulaqlıq rejimində isə 12 saata qədər çatır. Sürətli şarj texnologiyası dəstəklənir. Cəmi 10 dəqiqəlik şarj prosesi 8 saat musiqi dinləmək üçün kifayətdir. OnePlus Buds 3V artıq Çində 16$ qiymətində satışa çıxıb. Qulaqlığın digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş