main-post-cover

    Büdcəli OnePlus Nord Buds 3 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.09.2024
    Emil Nəcəfov
         OnePlus şirkəti yeni büdcəli naqilsiz qulaqlığını təqdim edib. Söhbət, OnePlus Nord Buds 3-dən gedir. Təqdim edilmiş yeni qulaqlıq vakuum konstruksiyasına sahibdir. Qulaqlıqlar 12.4 mm-lik audio drayver ilə təchiz olunub və onların gövdələri IP55 standartı üzrə sudan qorunurlar. OnePlus Nord Buds 3-ün büdcəli naqilsiz qulaqlıq olduğuna baxmayaraq o özündə ətraf səs-küyün aktiv boğulmasıə funksiyasını birləşdirir. Sözügedən funksiya sayəsində qulaqlıqlar ətraf səs-küyü 32 dB-ə (desibel) kimi boğa bilirlər. Üstəlik qulaqlıqlar telefon danışıqları zamanı ətraf səs-küyün süni zəka vasitəsilə boğulması funksiyasına sahibdirlər.
         Bundan əlavə olaraq qulaqlıqlar səs keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmiş BassWave 2.0 adlı alqoritmi dəstəkləyirlər. Məlumatda qeyd edilib ki, OnePlus Nord Buds 3 bir dəfə şarj olunandan sonra ətraf səs-küyün boğulması funksyiasının deaktiv olmadığı halda 12 saat ərzində çalışa bilir. Şarj keysi ilə birlikdə bu göstərici 43 saat təşkil edir. Qeyd etmək lazımdır ki, OnePlus şirkətinin bu yeni naqilsiz qulaqlığı sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Nəticədə OnePlus Nord Buds 3 10 dəqiqə şarj olunandan sonra şarj keysi ilə birlikdə 11 saat ərzində çalışa bilir. OnePlus Nord Buds 3 20 sentyabr tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 27$ təşkil edəcək. Yeni naqilsiz qulaqlığın digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hələ təqdim olunmamış OnePlus 13 smartfonu Geekbench-də iPhone 16-dan daha yüksək nəticələr sərgiləyib
    hele-teqdim-olunmamis-oneplus-13-smartfonu-geekbench-de-iphone-16-dan-daha-yuksek-neticeler-sergileyib
    OnePlus Ace 5 və Ace 5 Pro barəsində növbəti təfərrüatlar təqdim edilib
    oneplus-ace-5-ve-ace-5-pro-baresinde-novbeti-teferruatlar-teqdim-edilib
    OnePlus 13-ün nə zaman təqdim ediləcəyi rəsmi şəkildə açıqlanıb
    oneplus-13-un-ne-zaman-teqdim-edileceyi-resmi-sekilde-aciqlanib
    OnePlus 13-ün əsas arxa kamerası barəsində məlumat verilib
    oneplus-13-un-esas-arxa-kamerasi-baresinde-melumat-verilib
    OnePlus 13-ün dizaynı və onun nə zaman təqdim oluna biləcəyi barəsində məlumatlar verilib
    oneplus-13-un-dizayni-ve-onun-ne-zaman-teqdim-oluna-bileceyi-baresinde-melumatlar-verilib