main-post-cover

    Büdcəli Redmi 13R 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.12.2023
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi heç gözlənilmədən Çində Redmi 13R 5G adlı yeni büdcəli smartfonunu təqdim edib. Redmi 13R 5G smartfonu böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.74 düym LCD IPS ekranla təchiz olunub. Ekran Gorilla Glass qoruyucu şüşəsi ilə əhatə olunub və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşir. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 450 nit təşkil edir.
         Smartfon özündə naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Redmi 13R 5G smartfonu MediaTek Dimensity 6100+ prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş həcmi, 50 MP-lik əsas arxa kamera, 5 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışır. Redmi 13R 5G artıq Çində satışa çıxıb və 140$-a satılır. Onun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 15 və Xiaomi 15 Pro smartfonları barəsində ilk məlumatlar verilib
    xiaomi-15-ve-xiaomi-15-pro-smartfonlari-baresinde-ilk-melumatlar-verilib
    Məşhur insayder Xiaomi 14 Ultra-nın bəzi tenxiki imkanlarını açıqlayıb
    meshur-insayder-xiaomi-14-ultra-nin-bezi-tenxiki-imkanlarini-aciqlayib
    Redmi Note 13 Pro+ smartfonunun qlobal versiyasının nə zaman təqdim olunacağı açıqlanıb
    redmi-note-13-pro-smartfonunun-qlobal-versiyasinin-ne-zaman-teqdim-olunacagi-aciqlanib
    Xiaomi daha iki avtomobil üzərində çalışır
    xiaomi-daha-iki-avtomobil-uzerinde-calisir
    Bu ilin üçüncü rübündə ən çox satılmış smartfonların adları məlum olub
    bu-ilin-ucuncu-rubunde-en-cox-satilmis-smartfonlarin-adlari-melum-olub