
Büdcəli Redmi A24 monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
29.10.2024
Emil
Xiaomi-nin Redmi brendi yeni büdcəli monitorunu təqdim edib. Yeni büdcəli monitor Redmi A24 adlanır və o, ofis işləri üçün nəzərdə tutulub. Beləliklə Redmi A24 monitoru 100 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit təşkil edir və o, 16.7 milyon rəngi əks etdirə bilir. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə DisplayPort 1.4, HDMI girişlərini birləşdirir. Redmi A24 yaxın zamanda Çində satışa çıxacaq. Onun qiyməti isə 72$ təşkil edəcək. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
