main-post-cover

    Büdcəli Redmi A3 təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.02.2024
    Emil Nəcəfov
         Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Redmi brendi sonunda öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Redmi A3-dən gedir. Beləliklə büdcəli Redmi A3 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1650x720 piksel keyfiyyətli 6.7 düym IPS ekranla təchiz olunub. Ekranın yuxarı mrəkəz hissəsində damcı formalı çıxıntı yerləşdirilib. Bununla yanaşı Redmi A3 özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Smartfon MediaTek Helio G36 prosessoru vasitəsilə çalışır və 3/4/6 GB RAM ilə 64/128 GB (microSD dəstəkli) daxili yaddaş həcminə sahibdir. Smartfon həmçinin 8 MP + 0.08 MP ikili arxa kameranı, 5 MP-lik ön kameranı və 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edib. Redmi A3 smartfonu 23 fevral tarixində ilk növbədə Hindistanda satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 3 GB RAM + 64 GB yaddaş - 90$
    - 4 GB RAM + 128 GB yaddaş - 100$
    - 6 GB RAM + 128 GB yaddaş - 110$
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata az müddət qalmış Xiaomi 14 Ultra-nın render fotoları təqdim edilib
    teqdimata-az-muddet-qalmis-xiaomi-14-ultra-nin-render-fotolari-teqdim-edilib
    Xiaomi 14 Ultra-nın yaxın zamanda təqdimatı təsdiqlənib
    xiaomi-14-ultra-nin-yaxin-zamanda-teqdimati-tesdiqlenib
    Xiaomi Watch 2-nin Avropadakı satış qiymətləri məlum olub
    xiaomi-watch-2-nin-avropadaki-satis-qiymetleri-melum-olub
    Xiaomi-nin MWC 2024 sərgisində təqdim edəcəyi məhsullar məlum olub
    xiaomi-nin-mwc-2024-sergisinde-teqdim-edeceyi-mehsullar-melum-olub
    Xiaomi Watch 2 smart saatı təqdimata hazırlaşır
    xiaomi-watch-2-smart-saati-teqdimata-hazirlasir