Logo
    main-post-cover

    Büdcəli Redmi A4 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    20.11.2024
    Emil
         Xiaomi-nin Redmi brendi Hindistanda Redmi A4 5G adlı yeni büdcəli smartfonunu təqdim edib. Bu yeni büdcəli smartfon böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Redmi A4 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.88 düym ölçülü IPS ekranla təchiz olunub. Smartfonun gövdəsi IP52 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon 8 nüvəli Snapdragon 4s Gen 2 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 64/128 GB daxili yaddaş həcmini əldə edib.
         Lakin daxili yaddaş həcmini microSD kart vasitəsilə 1 TB-a kimi yüksəltmək olar. Kameralar mövzusunda Redmi A4 5G smartfonu 50 MP-lik əsas arxa kameranı və 5 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 18 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 14 vasitəsilə çalışır və Redmi bildirib ki, o, 2 il ərzində Android dəstəyini əldə edəcək. Smartfonun Hindistanda satışlarına 27 noyabr tarixində start veriləcək və onun qiyməti 100$-dan başlayacaq. Redmi A14 5G-nin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş