
Büdcəli Redmi Monitor G34WQ gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
17.01.2024
Emil
Xiaomi-nin Redmi brendi yeni büdcəli gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor Redmi Monitor G34WQ adını əldə edib. Beləliklə sözügedən yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib WQHD keyfiyyətli 34 düym ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir. Bununla yanaşçı ekran DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir və üstəlik özündə AMD FreeSync Premium texnologiyasının dəstəyini birləşdirir. Monitor RGB işıqlandırmaya və DisplayPort 1.4 ilə HDMI 2.0 girişlərinə sahibdir. Redmi Monitor G34WQ Çin bazarında 210$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
