Logo
    main-post-cover

    Büdcəli Samsung Galaxy A06 5G təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    19.02.2025
    Emil
         Bir neçə müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti öz yeni büdcəli smartfonu olan Galaxy A06 5G-ni təqdim edib. Samsung-un bu yeni büdcəli smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Galaxy A06 5G smartfonu HD+ keyfiyyətli 6.7 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 800 nit təşkil edir.
         Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonun gövdəsi həmçinin IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Galaxy A06 5G, MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 4/6 GB RAM ilə 64/128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir.
         Batareyaya gəldikdə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy A06 5G qutudan Android 15 vasitəsilə çalışır. Samsung bildirib ki, bu yeni smartfon 4 il ərzində Android dəstəyini və 4 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Galaxy A06 5G artıq Hindistanda satışa çıxıb və onun qiyməti 120$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: Gadgets360
    Paylaş