main-post-cover

    Büdcəli Samsung Galaxy A16 5G-nin hansı həcmdə batareyaya sahib olacağı məlum olub

    Cihazlar+
    21.08.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy A16 5G adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə məlum olub ki, bu smartfon Çinin 3C adlı sertifikatlaşdırma idarəsinin məlumatlar bazasında ortaya çıxıb. Bunun sayəsində Galaxy A16 5G-nin hansı həcmdə batareyaya sahib olacağı ortaya çıxıb. Beləliklə sertifikatlaşdırma idarəsinin məlumatlar bazasına əsasən Samsung-un bu yeni büdcəli smartfonu 4860 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Lakin rəsmi şəkildə batareya həcmi 5000 mAh kimi qeyd ediləcək.
         Smartfonun dəstəkləyəcəyi sürətli şarj texnologiyasının gücü barəsində məlumat olmasa da, güman olunur ki, o özündə 25 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirəcək. Son məlumat sızıntılarına əsasən Galaxy A16 5G satışa çıxacağı regionlardan asılı olaraq Exynos 1330 prosessoru və ya MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışacaq. Onu da qeyd etmək lazımdır ki, Samsung Galaxy A16-nın 5G versiyasından əlavə olaraq 4G versiyasını da hazırlayır. Galaxy A16 5G-nin bu ilin sonunda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən Samsung Galaxy Z Fold 6 Slim smartfonu dözümlü arxa paneli əldə edə bilər
    qatlana-bilen-samsung-galaxy-z-fold-6-slim-smartfonu-dozumlu-arxa-paneli-elde-ede-biler
    Samsung Galaxy S25 Ultra-nın batareya həcmi və sürətli şarj texnologiyasının gücü məlum olub
    samsung-galaxy-s25-ultra-nin-batareya-hecmi-ve-suretli-sarj-texnologiyasinin-gucu-melum-olub
    Samsung Galaxy S25 smartfonlarından bəziləri fərqli adlara sahib ola bilərlər
    samsung-galaxy-s25-smartfonlarindan-bezileri-ferqli-adlara-sahib-ola-bilerler
    Samsung Galaxy Tab S10+ və S10 Ultra planşetlərinin vacib özəllikləri məlum olub
    samsung-galaxy-tab-s10-ve-s10-ultra-plansetlerinin-vacib-ozellikleri-melum-olub
    Samsung Galaxy S24 FE-nin yaxın zamanda təqdimatı bir daha təsdiqlənib
    samsung-galaxy-s24-fe-nin-yaxin-zamanda-teqdimati-bir-daha-tesdiqlenib