main-post-cover

    Büdcəli Samsung Galaxy A16 5G-nin render fotosu təqdim edilib

    Cihazlar+
    12.09.2024
    Emil Nəcəfov
         Android Authority saytı Samsung-un hələ təqdim edilməmiş Galaxy A16 5G adlı yeni büdcəli smartfonunun render fotosunu təqdim edib. Təqdim edilmiş render fotoda sözügedən smartfon hər tərəfdən əks olunub. Fotodan belə qənaətə gəlmək olar ki, Galaxy A16 5G smartfonu özündə flaqman smartfonların bəzi dizayn elementlərini birləşdirəcək. Fotoya əsasən bu yeni büdcəli smartfon yastı gövdə və ekran dizaynını əldə edəcək və onun arxa panelində 3 ədəd kamera yerləşəcək. Ekran üzərində isə damcı formalı çıxıntı olacaq. Məlumata əsasən Galaxy A16 5G plastik materialdan hazırlanmış gövdəyə sahib olacaq və Exynos 1330 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfonun 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı da gözlənilir. Galaxy A16 5G-nin nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Adi Galaxy S25 modeli Exynos 2500 prosessorunu əldə edə bilər
    adi-galaxy-s25-modeli-exynos-2500-prosessorunu-elde-ede-biler
    Büdcəli Samsung Galaxy M05-in press-render fotoları və texniki imkanları təqdim edilib
    budceli-samsung-galaxy-m05-in-press-render-fotolari-ve-texniki-imkanlari-teqdim-edilib
    Samsung cihazlarının istifadəçiləri yaxın zamanda bir mövzuda məhdudiyyət ilə qarşılaşacaqlar
    samsung-cihazlarinin-istifadecileri-yaxin-zamanda-bir-movzuda-mehdudiyyet-ile-qarsilasacaqlar
    Samsung Galaxy M55s 5G smartfonunun ilk render fotosu təqdim edilib
    samsung-galaxy-m55s-5g-smartfonunun-ilk-render-fotosu-teqdim-edilib
    Məşhur insayder Galaxy S25 Ultra-nın render fotolarını təqdim edib
    meshur-insayder-galaxy-s25-ultra-nin-render-fotolarini-teqdim-edib