Logo
    main-post-cover

    Büdcəli Samsung Galaxy F05 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.09.2024
    Emil
        Samsung şirkəti öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy F05-dən gedir. Samsung-un bu yeni büdcəli smartfonu böyük ölçülü ekranı, MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Galaxy F05 smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.7 düym ölçülü IPS ekranla təchiz olunub. Smartfon özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir.
         Galaxy F05 smartfonu MediaTek Helio G85 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 64 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy F05 qutudan OneUI 6.0 interfeysli Android 14 vasitəsilə çalışır. Smartfon artıq Hindistan bazarında satışa çıxıb və onun qiyməti 95$ təşkil edir. Galaxy F05-in digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş