Logo
    main-post-cover

    Büdcəli Samsung Galaxy F16 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.03.2025
    Emil
         Samsung şirkəti Galaxy F seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, büdcəli Galaxy F16 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Galaxy F16 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 800 nit təşkil edir.
         Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy F16 5G 50 MP + 5 MP + 2 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Samsung bildirib ki, Galaxy F16 5G 6 il ərzində Android dəstəyini və 6 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Smartfon artıq sabah Hindistanda satışa çıxacaq və onun qiyməti 131$ təşkil edəcək. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Paylaş