Logo
    main-post-cover

    Büdcəli Samsung Galaxy M05-in press-render fotoları və texniki imkanları təqdim edilib

    Cihazlar+
    11.09.2024
    Emil
         Samsung yaxın zamanda Galaxy M05 adlı yeni büdcəli smartfonunu təqdim etməlidir. Amazon-un Hindistan üzrə şöbəsi isə öz növbəsində sözügedən yeni smartfonun press-render fotolarını və texniki imkanlarını bölüşüb. Beləliklə fotolardan da görmək olar ki, Galaxy M05 smartfonu yastı ekran dizaynını əldə edəcək və onun arxa panelində iki ədəd kamera yerləşəcək. Ekran üzərində isə damcı formalı çıxıntı olacaq.
         Məlumatda qeyd edilib ki, bu yeni büdcəli smartfon 1600x720 piksel keyfiyyətli 6.7 düym ölçülü IPS ekranla təchiz olunacaq və MediaTek Helio G85 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfon özündə 4 GB RAM ilə 64 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirəcək. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı əldə edəcək. Batareyaya gəldikdə isə Galaxy M05 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş