Logo
    main-post-cover

    Büdcəli Samsung Galaxy M05 təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    12.09.2024
    Emil
         Müəyyən müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti büdcəli Galaxy M05 smartfonunu təqdim etdi. Şirkətin bu yeni smartfonu böyük ölçülü ekranı MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Galaxy M05 smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.7 düym ölçülü ekranla təchiz olunub. Smartfon MediaTek Helio G85 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 64 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə Galaxy M05 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy M05 artıq Hindistan bazarında satışa çıxıb və onun qiyməti 95$ təşkil edir. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş