
Büdcəli Samsung Galaxy M07 4G smartfonunun texniki imkanları açıqlanıb
Samsung şirkəti Galaxy M07 4G adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Smartprix saytı öz növbəsində sözügedən smartfonun texniki imkanlarını açıqlayıb. Beləliklə təqdim olunmuş məlumata əsasən Galaxy M07 4G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.7 düym ölçülü LCD ekranla təchiz olunacaq. Smartfonun gövdəsi IP54 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahib olacaq. Məlumatda qeyd edilib ki, smartfon MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacaq və 4 GB RAM ilə 64 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda Galaxy M07 4G özündə 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirməlidir. Batareyaya gəldikdə isə smartfonun 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.

Paylaş