Logo
    main-post-cover

    Büdcəli Samsung Galaxy M16 5G təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.02.2025
    Emil
         Samsung şirkəti Galaxy M seriyasının yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy M16 5G-dən gedir. Smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Galaxy M16 5G smartfonu yastı gövdə dizaynını əldə edib. Smartfonun arxa panelinin yuxarı sol hissəsində oval formalı uzunsov kamera sahəsi yerləşib. Smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 4/6/8 GB RAM ilə 128/256 GB (1.5 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy M16 5G smartfonu 50 MP + 5 MP + 2 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon 6 il ərzində Android dəstəyini və 6 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Galaxy M16 5G gələn ayın əvvəlində Hindistanda satışa çıxacaq və onun qiyməti 131$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Paylaş