Bütün iPhone 14 modellərinin batareya həcmləri məlum olub

Bütün iPhone 14 modellərinin batareya həcmləri məlum olub

Mobil Cihazlar
12.09.2022 PAYLAŞIM

    Apple şirkəti yeni iPhone modellərini təqdim edən zaman adətən onların batareya həcmləri barəsində məlumat vermir. Lakin müəyyən müddətdən sonra smartfonların batareya həcmləri barəsində məlumat internetdə ortaya çıxır. Bir neçə müddət bundan öncə təqdim edilmiş iPhone 14 smartfon seriyası da istisna olmadı. Macrumors saytı iPhone 14 modellərinin batareya həcmlərinin məlumatlarını təqdim edib. Beləliklə verilmiş məlumata əsasən iPhone 14 smartfonlarından 3-ü keçən ilki iPhone modelləri ilə müqayisədə daha böyük həcmli batareya ilə təchiz olunub. Sadəcə olaraq iPhone 14 Pro Max modeli istisna olub. Lakin onun batareya həcmi ilə iPhone 13 Pro Max modelindəki batareya həcmi arasındakı fərq minimaldır. iPhone 14 smarrtfonlarının sahib olduqları batareya həcmləri aşağıdakı kimidir:

- iPhone 14: 3279 mAh (iPhone 13-də 3227 mAh)


- iPhone 14 Plus: 4325 mAh

- iPhone 14 Pro: 3200 mAh (iPhone 13 Pro-da 3095 mAh)

- iPhone 14 Pro Max: 4323 mAh (iPhone 13 Pro Max-da 4352 mAh).

    Apple şirkətinin rəsmi məlumatına əsasən bütün iPhone 14 modelləri bir dəfə şarj olunandan sonra 1 gün ərzində tam çalışa bilirlər. Bununla yanaşı şirkət bildirib ki, iPhone 14 modelləri keçən ilki iPhone 13 modellərindən fərqli olaraq 1 saat daha çox çalışırlar. Bununla belə iPhone 14 Pro Max modeli iPhone 14 seriyasında avtonom çalışma müddəti üzrə ən yaxşı göstəriciyə sahibdir. Belə ki, sözügedən smartfon ProMotion texnologiyasını özündə birləşdirir və bu texnologiya enerji sərfiyyatına qənaət üçün ekranın təsvir tezliyini aşağı salır. Qeyd etmək lazımdır ki, iPhone 14 Plus istisna olmaqla digər modellər 16 sentyabr tarixində satışa çıxacaqlar. iPhone 14 Plus-ın satışlarına isə 7 oktyabr tarixində start veriləcək.



DAHA ÇOX


OPPO Find N3 Flip-in qlobal versiyasının ilk tizer fotosu təqdim edilib

OPPO şirkəti özünün qatlana bilən qapaqlı smartfonu OPPO Find N3 Flip-in qlobal versiyasının təqdima..


AnTuTu sentyabr ayı üzrə ən güclü Android flaqman smartfonların reytinqini təqdi..

AnTuTu bençmarkı sentyabr ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. ..


Google yeni qatlana bilən smartfonu üzərində çalışır

Google şirkəti iyun ayında öz ilk qatlana bilən smartfonu Pixel Fold-u təqdim etmişdi.


Xiaomi 14 Pro-nun ekranı barəsində ətraflı məlumatlar verilib

Xiaomi 14 Pro flaqman smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. ..


Qatlana bilən OnePlus Open video vasitəsilə sərgilənib (VİDEO)

OnePlus şirkəti öz ilk qatlana bilən smartfonu OnePlus Open barəsində materialları təqdim etməyə baş..


OPPO Find N3 Flip-in qlobal versiyasının təqdimat müddəti məlum olub

OPPO şirkəti avqust ayının sonunda qatlana bilən qapaqlı OPPO Find N3 Flip smartfonunu təqdim etdi...

×