main-post-cover

    Bütün iPhone 14 modellərinin ön panel dizaynları yeni məlumat sızıntısı vasitəsilə təsdiqlənib

    Cihazlar+
    29.04.2022
    Emil Nəcəfov
        Çinin Weibo sosial şəbəkəsində bütün iPhone 14 modellərinin qoruyucu şüşələrini özündə əks etdirən foto ortaya çıxıb. Ortaya çıxmış foto bu il təqdim ediləcək iPhone 14 modellərinin ön panellərinin dizaynlarını təsdiqləyib və bundan əlavə olaraq iPhone 14 Pro modellərinin fərqləndirici özəlliklərini ortaya çıxardıb. Sözügedən foto adi iPhone 14 modelləri ilə iPhone 14 Pro modelləri arasında olacaq fərqləri əks etdirir. Daha öncəki məlumatlara əsasən iPhone 14 Pro modellərinin ekranları üzərlərində ənənəvi çıxıntı hissə olmayacaq. Bunun əvəzinə həmin smartfonların ekranları üzərlərində 2 ədəd kiçik çıxıntı hissə yerləşdiriləcək. Ortaya çıxmış foto da bunu təsdiqləyir.
        Bundan əlavə olaraq həmin fotodan da görmək olar ki, adi iPhone 14 modellərindən fərqli olaraq iPhone 14 Pro modellərinin ekran ətrafı çərçivələri daha nazik olacaqlar. Məlumata əsasən aşağı satış göstəriciləri səbəbilə Apple şirkəti bu il iPhone mini modelindən imtina edəcək və onu iPhone Max ilə əvəzləyəcək. Beləliklə iPhone 14 və iPhone 14 Pro modelləri 6.1 düym, iPhone 14 Max və iPhone 14 Pro Max modelləri isə 6.7 düym ekranla təchiz olunacaqlar. Bununla yanaşı iPhone 14 Pro modellərinin 48 MP-lik əsas kamera və avtofokus dəstəkli təkmilləşdirilmiş ön kamera ilə təchiz olunacaqları güman edilir. iPhone 14 seriyasının bu ilin sentyabr ayında təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala