Logo
    main-post-cover

    CES 2025-də ev şəraiti üçün mini bostan cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO)

    Cihazlar+
    10.01.2025
    Emil
         CES 2025 sərgisi çərçivəsində Kanadanın Plantaform adlı şirkəti eyniadlı cihazını təqdim edib. Plantaform adlı cihaz ev şəraitində mini bostan rolunu oynayır. Bu cihaz birbaşa mətbəxdə müxtəlif qida bitkilərinin və tərəvəzlərin yetişdirilməsinə imkan verir. Bununla belə cihaz daxilində gedən bütün proseslər avtomatlaşdırılıb və demək olar ki, insanın fiziki müdaxiləsini tələb etmir. Bu cihaz NASA tərəfindən hazırlanmış Fogponics adlı texnologiyadan istifadə edir.
         Sözügedən texnologiya öz növbəsində kosmik aparatlar daxilində bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulub. Onun əsas məğzi bitkilərə suyun və faydalı qidalandırıcı maddələrin buxar şəklində verilməsindədir. Bu öz növbəsində suyun istifadəsini 98% aşağı salır. Plantaform-dan istifadə etmək üçün ilk öncə GMO-suz bitki toxumlarını özlərində birləşdirən kapsulları mineral pambıqdan təşkil edilmiş torpaqsız mühitə yerləşdirmək lazımdır. Daha sonra cihazın xüsusi hissəsinə su və qidalandırıcı maddələrdən təşkil edilmiş tozu əlavə etmək lazımdır.
         Növbəti mərhələdə xüsusi mobil tətbiq vasitəsilə toxum kapsullarının qablaşdırmasındakı QR kodu skan etmək lazım gələcək. Bunun sayəsində lazımi məlumatlar cihaza ötürüləcək. Ötürülmüş məlumatlar əsasında isə Plantaform avtomatik olaraq işıqlandırmanı, hava dövranını, temperaturu və rütubət səviyyəsini tənzimləyir. Müəyyən zamanlarda cihaza əlavə su daxil etmək lazım gələcək. Bu adətən 2-3 həftədən bir lazım olur və bu barədə cihaz özü istifadəçiyə bildiriş göndərəcək. Plantaform-u artıq şirkət saytından əldə etmək olar. Onun qiyməti 500$ təşkil edir.
    Paylaş
    Bənzər xəbərlər