Cooler Master GP57ZS gaming monitoru təqdim edilib
Cooler Master şirkəti böyük ölçülü yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Cooler Master GP57ZS adlanır. Beləliklə bu yeni monitor 120 Hz-lik təsvir yenilənməsinə sahib 7680x2160 piksel keyfiyyətli 57 düym ölçülü Mini-LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitorun gövdəsi əyilmiş dizaynda hazırlanıb və o özündə DisplayPort 1.4, HDMI 2.1, USB 3.2 Type-A, USB Type-B, USB Type-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Cooler Master GP57ZS-in nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.
Paylaş
Bənzər xəbərlər