Logo
    main-post-cover

    Dözümlü gövdəyə sahib Samsung Galaxy Tab Active 5 Pro planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.04.2025
    Emil
         Samsung şirkəti dözümlü gövdəyə sahib Galaxy XCover 7 Pro smartfonu ilə yanaşı üstəlik dözümlü gövdəyə sahib Galaxy Tab Active 5 Pro planşetini də təqdim edib. Beləliklə Galaxy Tab Active 5 Pro planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 10.1 düym ölçülü TFT LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir və üstəlik o, stilus dəstəyinə sahibdir. Ekran Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunub. Planşetin gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
         Bununla yanaşı cihazın gövdəsi MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Planşet Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet 12 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə planşet 10 100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy Tab Active 5 Pro bu ay ərzində satışa çıxacaq və onun qiyməti 809 avrodan start götürəcək.
    Mənbə: Samsung
    Paylaş