
Dözümlü gövdəyə sahib Samsung Galaxy Xcover 7 smartfonu təqdimata hazırdır
Cihazlar+
22.12.2023
Emil
Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti dözümlü gövdəyə sahib Galaxy Xcover 7 smartfonunun təqdimatına hazırlaşır. Görünür, smartfonun təqdimatı artıq çox yaxındır. Belə ki, sözügedən smartfon Malayziyanın SIRIM adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Çox güman ki, smartfonun təqdimatı artıq gələn ay baş tutacaq. Təəssüflər olsun ki, sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Galaxy Xcover 7-nin texniki göstəriciləri barəsində məlumatlar əks olunmayıb. Lakin son məlumat sızıntılarına əsasən bu smartfon MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
